Azər Talıbov nazir müavini vəzifəsindən azad edildi

Azər Talıbov nazir müavini vəzifəsindən azad edildi

Rusiyanın Baş naziri Mixail Mişustun Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

Miq.Az xəbər verir ki, baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.(apa.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az