Azərabaycanda şagird məktəbdə ÖZÜNÜ DOĞRADI

Azərabaycanda şagird məktəbdə ÖZÜNÜ DOĞRADI

Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.

Miq.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.

Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib. N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az