”Azərbaycan açıq və ya gizli yolla münaqişənini həllini Rusiyaya versə, problem həll oluna bilər”

”Azərbaycan açıq və ya gizli yolla münaqişənini həllini Rusiyaya versə, problem həll oluna bilər”

”Beynəlxalq Valyuta Fondunun sədrini ABŞ prezidenti təyin edir. Bu gülməli vəziyyətdir”

Artıq neçə illərdir ki, BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması ilə bağlı müzakirələr gedir. Almaniya,Yaponiya,Braziliya kimi inkişaf etmiş ölkələr Şuraya üzv olmaq üçün iddialıdır. Son dövrlər İranın nüvə enerjisi probleminin danışıqlar yolu ilə həll edilməsini reallaşdırmaq üçün BMT- nin Təhlükəsizlik Şurasına Almaniya əlavə edilərək 5+1 təşkil edildi. Bu barədə “Vətəninfo.az"-a siyasi ekspert Cümşüd Nuriyev müsahibə verib.

- Bu məsələnin yenidən gündəmə gəlməsi nə dərəcədə realdır?

-Əvvəlcə BMT-nin Nizamnaməsinə dəyişiklik edilməlidir. Belə bir dəyişiklik olarsa, təbii ki bu həyata keçirələcək. Birinci növbədə, üzvlərin sayının 15 -dən yuxarı ola bilməsi məsələsi əsaslandırılmalıdır. Əgər belə bir addım atılarsa, bunun arxasında Rusiya və Çinin zərərsizləşdirilməsi məsələsini dayanır. Bu gün üç daimi üzvün hər biri eyni mövqedən çıxış edir. Digər tərəfdən, Hindistan və Braziliya kimi dövlətlər Şuraya daxil edilməlidir. Amma bu dövlətlərin daxil edilməsi ABŞ-n yürütdüyü siyasətə uyğun gəlmir. Başqa variant isə ümumi səs çoxluğu ilə veto hüququnu aradan qaldırmaq istəyirlər .Amerika çoxdan çalışır ki ,veto hüququ yox, 23 səs çoxluğu olsun. ABŞ bunu həyata keçirmək istəsə də, bunun dəyişilməsi üçün daimi üzvləri hər biri gərək veto hüququndan imtina etsin. Bunun həyata keçirilməsi beynəlxalq hüquq müstəvisində çətin məsələdir. Çünki, hüquqi mexanizm tam işlənməyib.

- İranın nüvə məsələlərinin həll edilməsi üçün son dövrlər Almaniya 5+1 kimi Təhlükəsizlik Şurasına əlavə edildi...

BMT nizamnaməsində bu tip məsələləri həll etmək üçün göstəriş var. Orda qeyd olunub ki, hər hansı məsələni həll etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmayan dövlətlər də bu prosesdə iştirak edə bilər. İranla bağlı məsələnin gündəmə gəlməsi Almaniya ilə İran arasında olan münasibətlərin həddən artıq yüksək olması və Almaniya iqtisadiyyatının daha çox İran neftindən asılı olması ilə 

əlaqədardır. Bildiyimiz kimi ,İran Fransa ,İngiltərə və Yunanıstana neft satışına qadağa qoyub. Almaniya isə Avropa Birliyinin aparıcı dövlətidir. Onun iqtisadiyyatının çökməsi Avropa Birliyinin gələcəyini sual altında qoya bilər. Bu nəzərdə tutlmuş bir mexanizmdir və bunun işlək mexanizm olması BMT-nin nizamnaməsində göstərilib.Amma bu o demək deyil ki, gələcəkdə Almaniya Təhlükəsizlik Şurasına üzv ola bilər. Belə bir ehtimal çox azdır. Əks təqdirdə Rusiya və Çində ayrı mövqedən istifadə edəcəklər. Amerika hiyləgər gediş edərək Almaniya və Rusiya arasında münasibətlərin yaxşı olmasından istifadə edib öz tərəfdarlarını Təhlükəsizlik Şurasına toplamaq istəyir. BMT ABŞ–ın ərazisində yerləşdiyinə və ən böyük donor Amerika olduğuna görə bu ölkənin qanunları həyata keçirən bir qurum tipindədir. Beynəlxalq Valyuta Fondunun sədrini ABŞ prezidenti təyin edir. Bu gülməli vəziyyətdir. 1944 -cü ildə Brutton Vüds deyilən qanun qəbul edilib. ABŞ növbəti saziş düzəltmək istəyir ki, bu sazişlə də BMT -nin Təhlükəsizlik şurasını tamamilə əlinə keçirsin.

Hansı ölkələr BMT təhlükəsizlik Şurasına daxil olsalar, Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnamənin icrasında irəliləyiş ola bilər?

-BMT nizamnaməsində həmin qətnamənin yerinə yetirilməməsində ABŞ və Rusiyanın maraqları çox təəssüf ki, üst -üstə düşür. Qafqazı tam əlində saxlamaqdan ötrü ABŞ istəmir ki, Qarabağ problemi həll olsun. Rusiya isə Qafqazı tərk etməmək üçün bu addımı atır. Nə qədər ki, Qafqaz məsələsi kiminsə əlində toplanmaqdan xilas edilməyəcək o zamana qədər də Qarabağ münaqişəsi həll olunmayacaq. Problemin həllini yaxın 5 il ərzində gözləmək ancaq möcüzə əsasında həyata keçirilə bilər. Azərbaycanın seçimindən çox şey asılıdır. Əgər, Azərbaycan açıq və ya gizli yolla münaqişənini həllini Rusiyaya versə, problem həll oluna bilər.

Ramilə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az