Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin etdi - SƏRƏNCAM

Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin etdi - SƏRƏNCAM

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Miq.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin Prezidentin daha bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az