Azərbaycan daha bir konvensiyaya qoşuldu

Azərbaycan daha bir konvensiyaya qoşuldu
Azərbaycan Prezidenti İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
 
AzNews.az-ın məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulub. 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az