Azərbaycan əhalisinin təxminən yarısı siqaret çəkir

Azərbaycan əhalisinin təxminən yarısı siqaret çəkir
"Aparılan hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47%-i siqaret çəkir. Onlar orta hesabla gündəlik 15 siqaret çəkir”. 

Miq.az-ın report-a istinadən verdiyi məlumata görə, bunu tütün məhsullarına qarşı verginin tətbiqi ilə bağlı Bakıda keçirilən seminarda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib.

N.H.Naqvinin sözlərinə görə, tütündən istifadə həmçinin ölkə üzrə orta yaş həddini də azaldır: "Neft gəlirlərinin azaldığı bir vaxtda bu sahənin vergiyə cəlb edilməsi həm siqaretdən istifadəni azaldır, həm də büdcə daxilolmalarını artırır. Hazırda iqtisadi şoklar nəticəsində yoxsulluq dərəcələri artır. Tütün məmulatlarına verginin tətbiqi ilə bağlı islahatlar aparılmalıdır”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az