Azərbaycan Ermənistana keçən İran maşınlarından rüsum almağa başladı?..-FOTO

Azərbaycan Ermənistana keçən İran maşınlarından rüsum almağa başladı?..-FOTO

Belə sərhəd və gömrük postları 10 noyabrdan bəri Laçın dəhlizində, yəni Laçın rayonunun Ermənistanla sərhəd-keçid məntəqəsində də qurulmalı idi...
 
Dünən- sentyabrın 12-si, saat 12:00-dan başlayaraq  Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində yerləşən sərhəd-buraxılış məntəqəsindəki Azərbaycan sərhədçi və gömrükçüləri yolu keçmək üçün İran yük maşınlarını yoxlayır və sürücülərdən müvafiq məbləğdə rüsum ödənilməsini tələb edirlər.
 

Moderator.az xəbər verir ki, bu barədə "Hayastan” blokunun deputatı Vaqe Akopyanın həyat yoldaşı Elizabet Petrosyan öz "Facebook” səhifəsində məlumat paylaşıb.
 
Bundan əlavə, "Facebook”-un erməni seqmentinin istifadəçiləri Gorus-Qafan avtomobil yolunda Azərbaycan sərhədçiləri tərəfindən gömrük rüsumunun ödənilməsi barədə qəbzin fotosunu da yaymağa başlayıblar...
 
Zəruri şərh:
 
Azərbaycan Respublikasının öz suveren ərazisindən keçən istənilən xarici nəqliyyat vasitəsi və ya vətəndaşı saxlayıb yoxlamağa və onlardan rüsum tələb etməyə haqqı var. Belə sərhəd və gömrük postları 10 noyabrdan bəri Laçın dəhlizində, yəni Laçın rayonunun Ermənistanla sərhəd-keçid məntəqəsində də qurulmalı idi...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az