Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini geridə qoydu

Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini geridə qoydu
"Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan hərbçilərinin "Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçirilən yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.

"Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar.

Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə, Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib.

Xüsusilə qeyd edək ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir”, - deyə Müdafiə Nazirliyindən bildiriblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az