Azərbaycan hərbi oyunlarda iştirak edəcək

Azərbaycan hərbi oyunlarda iştirak edəcək
Azərbaycan Rusiyada keçiriləcək "Beynəlxalq hərbi oyunlar-2016” adlı təlimlərdə iştiraka razılıq verib.
 
APA-nın verdiyi xəbərə görə, builki təlimlərdə 19 ölkə iştirak edəcək, 17 ölkə isə təlimdə iştirak etməkdən imtina edib.
 
Azərbaycanla yanaşı,Ermənistan, Belarus, Anqola, Venesuela, Yunanıstan, Misir, Zimbabve, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Küveyt, Monqolustan, Nikaraqua, Pakistan, Serbiya və Tacikistan təlimlərdə iştirak edəcəklər.
 
İmtina edən ölkələr isə Argentina, Braziliya, Böyük Britaniya, İtaliya, Koreya, Mərakeş, Niderland, Slovakiya, ABŞ, Türkmənistan, Özbəkistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə və Yaponiyadır.
 
Təlimlər iyulun 30-dan avqustun 13-dək davam edəcək.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az