Azərbaycan hotellərində açıq və gizli monitorinqlər aparılacaq

Azərbaycan hotellərində açıq və gizli monitorinqlər aparılacaq
Azərbaycan hotellərində açıq və gizli monitorinqlər aparılacaq.

"APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, açıq monitorinq birbaşa hotellərin fəaliyyətini yerində yoxlanılmasından ibarətdir.
"Burada həmçinin məşhur turizm saytların istifadəçilərini rəyləri də öyrəniləcək. Gizli monitorinqə gəldikdə, turizm sənayesində çalışan həm avropalı, həm də yerli mütəxəssislər hotellərdə gizli qonaq qismində qalacaqlar və sonradan öz rəylərini təqdim edəcəklər ki, xidmətlərə uyğun olaraq ulduzlar verilsin”, – deyə F. Nağıyev qeyd edib.
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az