“Azərbaycan ordusu bir həftəyə...” – Erməni ekspertdən şok etiraf

“Azərbaycan ordusu bir həftəyə...” – Erməni ekspertdən şok etiraf

"Cəbrayıl rayonu Azərbaycan ordusunun nəzarətinə keçdikdən sonra faktiki olaraq, müharibədə məğlub olduq”.

Miq.Az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyan və separatçıların başçısı Araik Arutyunyanı "xəyanət”də ittiham edib.

Elbakyan müharibənin başlamasından sonra keçən bir həftə ərzində erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edildiyini bildirib: "Cəbrayıla nəzarətimizin itirildiyi aydın olduğu vaxt tamamilə məğlub olduğumuz bəlli oldu”.

Onun sözlərinə görə, Azərbaycan Ordusu qısa vaxtda ermənilərin Cəbrayıldakı hərbi hissələri, Füzuli və Xocalıdakı tank birliklərini məhv etdiyini deyib:

"Əslində, müdafə ordusunun (işğalçı – red.) onurğa sütununun müqaviməti Lələtəpəyə nəzarəti itirəndə qırıldı. Toplarımız, kəşfiyyat bu hücumlar qarşısında heç nə edə bilmədi. Köhnə silahlarla lovğalanaraq ordunu qurban verdilər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az