Azərbaycan Ordusu “Odundağ” yüksəkliyini tutub-MN də təsdiqlədi

Azərbaycan Ordusu “Odundağ” yüksəkliyini tutub-MN də təsdiqlədi
"Bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb. Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

Qeyd edək ki, "Odundağ” yüksəkliyi Ermənistanın Noemberyan rayoonu ilə Azərbaycanın Qazax rayonunun sərhədində – Bağanis kəndi yaxınlığında yerləşir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az