Azərbaycan Ordusu şəhid verdi - FOTO
Əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Miq.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
"İstiPress” şəhid əsgər Şahvələdov Sultan Niyaz oğlunun fotoşəklini yayımlayıb.
Miq.Az