Azərbaycan rəsmiləri İrəvana getdi - AZAL təyyarəsi “Zvartnots”da
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
Miq.az xəbər verir ki, bu səhər Azərbaycan Hava Yollarına məxsus təyyarə Yerevanın Zvartnots hava limanına eniş edib.
Uçuş 54 dəqiqə davam edib.
Ermənistan Mülki Aviasiya Komitəsi Azərbaycandan rəsmi nümayəndə heyətinin Ermənistana gəldiyini bildirib.
Əlavə məlumat verilməyib.
**********
Şahin Mustafayev Ermənistanda səfərdədir
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.
Miq.az "Report"a istinadla xəbər verir ki, təyyarə artıq İrəvanın aeroportunda eniş edib.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.