Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də ABŞ
Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi
və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək
səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin
mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm ölkəmiz, həm
də dünya üçün əhəmiyyətli hadisə olduğunu dedi.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti
və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimizin
enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olundu və bu
əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.