Azərbaycan və Fransa Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Fransa Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Fransa Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. XİN-in mətbuat xidmətindən “Vətəninfo.az”f verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransa nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Erik Furniye başçılıq edib. Görüşdə Azərbaycan və Fransa arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

 Fransalı rəsmi cari il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəsinə səfərlərini xatırlamış və sözügedən səfərlərin ölkələrimiz arasındakı münasibətlərə olduqca müsbət töhfə verdiyini xüsusilə qeyd edib.

Nazir müavini Xələf Xələfov Fransa nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib. Azərbaycanda təmin olunmuş stabillik və aparılan uğurlu islahatlardan danışan Xələf Xələfov, ölkəmiz və bütövlükdə region üçün təhdid və təhlükə kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərib. Ölkəmizin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirən nazir müavini 20 il davam edən danışıqların nəticə vermədiyini vurğulayıb. Həmçinin, nazir müavini Ermənistan hakimiyyətinin qeyri konstruktiv mövqe nümayiş etdirdiyini və bunun danışıqlar prosesinə zərbə vurduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır. Ermənistanın beynəlxalq hüquqa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamə və qərarlara məhəl qoymadığı bildirilib və konstruktiv mövqe nümayiş etdirməsi üçün bu ölkəyə təzyiqlərin artırılmasının vacibliyi qeyd edilib. X. Xələfov danışıqların danışıqlar xatirinə aparılmamasının vacibliyini qeyd edib və ATƏT-in Minsk Qrupunun fəaliyyətini işğal olunmuş ərazilərin azad olunmasına yönəlməli olduğunu Fransa tərəfinin diqqətinə çatdırıb. Həmçinin, nazir müavini bununla bağlı ciddi əməli addımların atılmasının zəruriliyini qeyd edib. Görüş zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ölkələr arasında qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi vurğulanıb.

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az