Azərbaycanda 6 manatlıq şirkət milyonluq tenderi necə udur?

Azərbaycanda 6 manatlıq şirkət milyonluq tenderi necə udur?

Hacıqabul Rayon İcra Hakimiyyəti "Muğan-KİTT” MMC ilə maliyyə dəyəri 442 547.64 AZN olan müqavilə imzalayıb.

Miq.Az Yenisabah.az-a istinadən xəbər verir ki, müqaviləyə görə sözügedən şirkət Hacıqabul şəhərində yolların əsaslı təmirini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, "Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. "Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur.

Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu MMC-yə gəlincə, bəlli olur ki, Hacıqabul Rayon İcra Hakimiyyəti yolların təmirində bu şirkətin xidmətlərindən istifadə edir. İcra hakimiyəti 2018-ci ildə də "Muğan-KİTT” MMC ilə 390 104 AZN dəyərində müqavilə bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də sözügedən 6 manatlıq şirkətlə milyonluq müqavilələr imzalayıb. Konkret olaraq 2019-cu ildə AAYDA ilə "Muğan-KİTT” MMC arasında 3.9 milyon dəyərində müqavilə bağlanıb. Bu müqaviləyə görə şirkət Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolunun əsaslı təmirini həyata keçirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az