“Azərbaycanda azad media formalaşıb” – Əli Həsənov

“Azərbaycanda azad media formalaşıb” – Əli Həsənov

"Azərbaycan prezidenti vətəndaş cəmiyyəti institutlarını inkişafımızın əsas şərti kimi dəyərləndirir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanın uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub: "1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizm, siyasi fəaliyyət azadlığı əksini tapıb. Bu, inkişafımızın üç şərtidir. Hər üç sahədə inkişafımızı xarici ekspertlər də qey edirlər. 1995-ci ildə ilk dəfə çoxpartiyalı əsasda seçkilər keçirilir. Ötən dövrdə keçirilən seçkilər də çoxpartiyalı əsasda, şəffaf keçirilib. 1995-ci ildən bu günə qədər azad media formalaşıb. Biz vətəndaş cəmiyyətinin inkişafında da hədəflərimizə çatdığımız üçün qürur hissi keçiririk”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az