Azərbaycanda bazar günü QIRĞINI – 8 NƏFƏR ÖLDÜ

Azərbaycanda bazar günü QIRĞINI – 8 NƏFƏR ÖLDÜ
Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb.
 
 Lent.az xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu  qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
Dünən Siyəzəndə "Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub öldürüb. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada "Toyota”nın altında qalaraq ölüb.
 
Hər bir faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az