Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı
Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı.

Miq.az Trend-ə istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib.
Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı "Mercedes 190" markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Trend-ə bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir:
"Ümumiyyətlə protokollar avtomatik tərtib olunur. Daha sonra cərimələr çap olunaraq ünvana göndərilir. Ancaq həmin sistemə nəzarət edən şəxslər daha diqqətli olarsa, o məlumatı yoxlayarlarsa, belə səhvlər olmaz".
Ekspertin sözlərinə görə, bu cür halla qarşılaşan şəxs protokolun surəti əlavə olunmuş ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir:
"Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, irdarədə video görüntü olmalıdır. Həmin videoya baxdıqda fakt aydın şəkildə görünəcək".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az