Azərbaycanda bu şəxslərin maaşı artdı

Azərbaycanda bu şəxslərin maaşı artdı

"Azərpoçt” əməkdaşlarının aylıq gəlirləri artıb.

Miq.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov brifinqdə deyib.

"Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub”, – sədr bildirib.

Qeyd edək ki, "Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az