Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir

Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir
Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Uşaq hüquqları haqqında” qanuna yeni əlavələr təklif edilir.

Qanuna əlavələrin edilməsini nəzərdə tutan layihəyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Əlavəyə əsasən, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az