Azərbaycanda dəhşətli olay - Sevgilisini öldürdü, sonra intihar etdi

Azərbaycanda dəhşətli olay - Sevgilisini öldürdü, sonra intihar etdi

Daha əvvəl xəbər verdiyimiz kimi, fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində qeyri-rəsmi nikahda yaşadığı Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs isə hadisə yerindən qaçıb və onun saxlanılması üçün tədbirlər görülürdü. 

Miq.Az DİN-ə istinadən xəbər verir ki, məlum olub ki, fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. 

Qeyd edək ki, 1982-ci il təvəllüdlü M. Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı isə ailəlidir, bir övladı var.

Araşdırma aparılır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az