Cümə günü Ağdaş rayonunda mikroavtobus minik maşını ilə toqquşub, nəticədə üç nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Ağdaş-Mingəçevir yolunun 15-ci km-də Şıxı kəndi ərazisində Ağdaş-Mingəçevir marşurutu ilə hərəkət edən vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusu "BMW" minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə mikroavtobusun sürücüsü, mikroavtobusda olan 14 nəfər sərnişin və minik avtomobilində olan sərnişinlər müxtəlif bədən xəsarəti almışdılar.
Yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi xəsarət alanlar təcili yardım xidməti və vətəndaşlar tərəfindən Ağdaş rayon mərkəzi xəstəxanasına aparılmışlar.
Minik avtomobilinin sürücüsü A. X. Orucov və avtomobildə olan sərnişinlər 1960-cı il təv. Məmmədov Maarif Möhsüm oğlu və 1967-ci il təv. Əliyev Mürvət Həmid oğlu aldığları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər.
Sıxılmış vəziyyətdə qalmış meyitlər yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat 18.35-də başa çatmışdır
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.