Azərbaycanda güclü zəlzələ - 4 bal gücündə
Zəlzələ episentrdə 5 bala qədər hiss edilib
Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanların episentri Oğuz rayonu olub. İlkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 10:15 qeydə alınıb.
Maqnitudası 4.5 olan təkanlar yerin 10 km dərinliyində baş verib.
Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
Ətraf rayonlarda yaşayan əhalinin İstiPress-ə verdiyi məlumata görə, təkanlar bir neçə saniyə davam edib və əhali arasında təşviş yaradıb. Onlar evlərini tərk etməli olublar. Hər hansı dağıntı və ya təlafat barədə məlumat yoxdur.
Miq.az