Azərbaycanda hər an zəlzələ baş verə bilər - RƏSMİ
Səhər saatlarında olan güclü zəlzələnin səbəbi nədir?
"Azərbaycanda yeraltı təkanlar həmişə qeydə alınır. Sadəcə olaraq onlardan bəziləri hiss olunur, bəziləri isə olunmur".
Bunu İstiPress-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Bu gün səhər saatlarında Saatlı rayonunda baş vermiş 5 ballıq zəlzələnin səbəbinə gəlincə, Qurban Yetirmişli bildirdi ki, ölkədə zəlzələlərin baş verməsinin əsas səbəbi yerdaxili gedən geodinamik proseslərdir.
"Nisbətən güclü zəlzələdir. Bu cür zəlzələlərdən sonra həmişə avtoşoklar baş verir. Bundan sonra da müəyyən təkanlar qeydə alınacaq. Ümumiyyətlə, zəlzələ hər an ola bilər”, - deyə Q.Yetirmişli bildirib.
Qeyd edək ki, bu gün saat 07:24-də də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 5.3, dərinliyi 39 km olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
Zəlzələ Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.
Miq.Az