Azərbaycanda içərisində bir ailə olan maşın çaya aşdı

Azərbaycanda içərisində bir ailə olan maşın çaya aşdı
Ailə Bakıdan Qubaya gedirmiş

Bakı -Quba yolunun Siyəzən rayonundan keçən hissəsində içərisində bir ailə olan maşın qəzaya uğrayıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, qəza rayonun Ataçay ərazisində baş verib. "VAZ 2107” markalı maşın çaya aşıb.

İnqilab, Lətifə və 28 yaşlı Məhəmməd Nəcəfov Bakıdan Qubaya gedirmiş.

Ətrafdakıların köməyilə yaralılar çaydan çıxarılaraq Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar, vəziyyətləri ağırdır. Mərkəzin baş həkimi Dadaş Həsənovun verdiyi məlumata görə, İnqilab Nəcəfov tam komada olduğundan Bakıdan neyrocərrah çağrılıb.

Qəzaya düşən ailə Bakının Qaradağ rayonunun Sahil qəsəbə sakinləridir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az