İctimai Televiziya və Radio Yayımları şirkətində yeni peyk sistemlər və HD formatlı görüntü yaradan texnika quraşdırılır. Yüksək keyfiyyətlə siqnalların ötürülməsi imkanı yaradan yeni avadanlıqlar HD formatlıdır. Televiziyada yeni texnologiyaya keçid sayəsində kameralar, müasir standartlara cavab verən səs və video pultlar da HD formatına uyğun şəkildə yenilənib.
“Vətəninfo.az” ictimai televiziyanın saytına istinadən xəbər verir ki, yaxın vaxtda başa çatacaq işlər televiziya tamaşaçılarının HD formatinda ötrülən siqnal vasitəsi ilə yüksək keyfiyyətli görüntü əldə etmələrinə imkan yaradacaq.
Qeyd edək ki, müasir standartlara cavab verən HD formatlı texnologiya Azərbaycanda ilk dəfə 1-ci kanalda quraşdırılır.
Kanalın texniki heyətinə müasir avadanlıqlarla işləmə qaydalarını nümayiş etdirən xarici mütəxəsissis Sergey Pak, HD formatının yalnız görüntü baxımından deyil, həm də səs baxımından da, yüksək keyfiyyətə malik olduğunu bildirir. "Bütün dünyada həmçini Azərbaycanda rəqəmsal yayım formatına keçirilməsi ilə əlaqədar olaraq, İctimai TV Sony şirkətindən treninq keçirmək üçün mütəxəssislər dəvət edib. Kanalda bütün son texnoloji standartlara uyğun olan avadalıqlar quraşdırılıb. Bütün kameralar HD formatlı kameralarla əvəz edilib. Hal hazırda biz Sony şirkətinin mütəxəssisləri olaraq kanalın texniki heyətinə bu avadanlıqlarla işləmək qaydalarını öyrədirik."
Televiziya quruculuğu və avadanlıqların yenilənməsi sahəsində gedən işlər çərçivəsində yeni studiyalar, kamera və yeni səyyar televiziya avadanlıqları quraşdırılır. Müasir televiziya standartına uyğun olan bu sistem sayəsində, təsvir əmələ gətirən nöqtələr əvvəlki ilə müqayisədə 5-6 dəfə çoxalır və bu da görüntünün maksimum dəqiq olmasına şərait yaradır.
Mirvari Nəcəf