Azərbaycanda infeksiya yayıldı: 119 uşaq xəstəxanaya yerləşdirildi

Azərbaycanda infeksiya yayıldı: 119 uşaq xəstəxanaya yerləşdirildi

Sumqayıtda uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir. 

Miq.Az bildirir ki, bunu report.az-a Respublika Gigiena Və Epidemologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib. 

O qeyd edib ki, artıq xəstəxana tərəfindən də oxşar diaqnoz qoyulub: "Onlar dəqiqləşdirilməmiş virus infeksiyası, bəzilərinə də mədə bağırsaq virus infeksiyası qoyulub. Hazırda 14 uşağa bu dioqnoz qoyulub. Son 3 gün ərzində Saray, Masazır, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Saray, Masazır, Coratda infeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşalarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürür. Labarator müayinələr aparılacaq. Son məlumatlar ictimayətə açıqlanacaq".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az