Azərbaycanda nə qədər muzdlu işçi var

Azərbaycanda nə qədər muzdlu işçi var

Bu il noyabrın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,5 min nəfər olub. Onların 883,7 min nəfəri dövlət bölməsində, 623,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Vətəninfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində çalışıb.

2014-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 441,8 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət sahələrində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az