Zaqatala rayonunda postda polis tərəfindən saxlanılan avtomobildən narkotik maddə tapılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə fevralın 8-də, axşam saat 19 radələrində qeydə alınıb. 1986-cı il təvəllüdlü, Bakı sakini Emil Rafiq oğlu Nəbiyev idarə etdiyi “Daewoo” markalı, 10 PV 115 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Bakı istiqamətində hərəkətdə olarkən, avtomobilin işıqlandırma sistemində olan nasazlığa görə, postda xidməti vəzifəsində olan polis baş çavuşu Elşən Namazov tərəfindən saxlanılıb. Sənədlərin yoxlaması zamanı sürücü Emil Nəbiyev özünü şübhəli apardığından polis əməkdaşları maşında axtarış aparıblar. Avtomobildə aparılan axtarış zamanı arxa oturacağın altında polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib. Əraziyə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları da cəlb edilib. Hal şahidlərinin iştirakı ilə avtomobildən 160 qrama yaxın qurudulmuş marixuana götürülüb. Bu zaman oradan uzaqlaşmağa çalışan sürücü Emil Nəbiyev üzərində gəzdirdiyi bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Emil Nəbiyev saxlanılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala RMX-dan bildirilib ki, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olan E. Nəbiyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto