Azərbaycanı Eurovision 2016-da Səmra Rəhimli təmsil edəcək

Azərbaycanı Eurovision 2016-da Səmra Rəhimli təmsil edəcək
İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə Eurovision Mahnı Müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb. 21 Yaşlı ifaçı 10 May 2016 tarixində baş tutacaq ilk yarımfinalda Eurovision səhnəsinə çıxaraq "Miracle” mahnısını ifa edəcək.
 
Səmra hələ 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin Milli Seçim Turunda iştirak etmiş lakin o dövrdə Milli Müsabiqənin həmin ilki ən gənc iştirakçıcı kimi ictimaiyyətin diqqət mərkəzinə çevrilmiş 16 yaşlı Səmra ölkəni Eurovision-da təmsil etmək hüququnu əldə edə bilməmişdi. Bundan sonra o müxtəlif ölkələrdə keçirilən "Səs” müsabiqələrində iştirak etmiş və daha da püxtələşmişdir. Belə ki, 2015-ci ildə Səmra "O Səs Türkiyə” verilişində dörddə bir finala qədər irəliləmiş, 2016-cı ilin Mart ayında isə "Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilmişdir.  
 
İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti, və Avropanın 35 ölkəsindən olan Eurovision azarkeşlərinin rəyi əsasında seçilmişdir.
 
Səmranın Eurovisionda ifa edəcəyi "Miracle" mahnısının rəsmi olaraq təqdimatı bu həftə sonu olacaq.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az