Azərbaycanın ilk zəvvar qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanın ilk zəvvar qrupu Həcc ziyarətinə yola düşüb
Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfərlər başlayır.

İlk zəvvar qrupu Bakı vaxtı ilə saat 05:45-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanı saatı ilə saat 08:45-də çatacaqlar:

"Sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar. Sonuncu zəvvar qrupu iyulun 11-də Mədinədən yola düşəcək”.

Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı sənəd qəbulu martın 17-dən başlayıb. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az