Azərbaycanın iri enerji layihəsində neft hasilatı azalıb

Azərbaycanın iri enerji layihəsində neft hasilatı azalıb

2014-cü ildə Britaniyanın BP şirkəti və onun tərəfdaşları Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 31,5 milyon ton neft (233 milyon barel) neft hasil ediblər.

2013-cü ildə bu rəqəm 32,2 milyon ton neft (239 milyon barel) olub. Bu barədə 2014-cü ildə BP şirkətinin biznes əməliyyatları hesabatında deyilir. Hesabat dövründə AÇG blokunda orta sutkalıq neft hasilatı 638 min barel təşkil edib.

Hesabatda deyilir ki, ötən il yeni "Qərbi Çıraq" platformasında 6 quyudan orta sutkalıq neft hasilatı 90 min bareli ötüb.

"Qərbi Çıraq" platforması 2014-cü il yanvarın 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. "Qərbi Çıraq"dan hasilat 2014-cü il ərzində digər öncə qazma quyuları işə düşdükcə artacaq.

2013-cü ildə AÇG-də 32,2 milyon ton neft (239 milyon barel) hasil olunub. Bu rəqəm 2012-ci ildə 32,9 milyon ton təşkil edib.

2014-cü ildə layihə çərçivəsində əməliyyat xərclərinin həcmi 1 milyard dollar, kapital xərcləri isə 2,3 milyard dollar olub.

Proqnozlara əsasən, 2014-cü ildə layihə çərçivəsində kapital xərclər təqribən 2,07 milyard dollar, əməliyyat xərcləri isə 1,05 milyard dollar təşkil edəcək.

"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokun neft ehtiyatı təqribən 1 milyard tondur. AÇG-də iştirak payları: BP (operator - 35,78%), Şevron (11,27%), İNPEKS (10,96%), AzAÇG (11,65 %), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az