Azərbaycanın məşhur istirahət mərkəzində erməni mahnısı - Video

Azərbaycanın məşhur istirahət mərkəzində erməni mahnısı - Video

Novxanı qəsəbəsində yerləşən "Ləman” Ailəvi İstirahət Mərkəzində erməni mahnısı səsləndirilib.

Bu barədə Bizimyol.info-ya həmin restoranın müştərisi məlumat verib.

O bildirib ki, Rusiyadan gələn turistlər erməni mahnısını sifariş verib oynayıblar: "Mən "Ləman” Ailəvi İstirahət Mərkəzinin əməkdaşlarına səslənən mahnının erməni mahnısı olduğunu bildirdim. Etirazıma baxmayaraq mahnı sona qədər səsləndirildi”.

Məsələ ilə bağlı "Ləman” Ailəvi İstirahət Mərkəzinin meneceri Könül Quliyeva bildirib ki, səsləndirilən mahnı müştərinin sifarişi olub: "Restoran əməkdaşları mahnının erməni mahnısı olduğunu bilməyiblər. Əməkdaşlara məsələ agah olandan sonra dərhal mahnının səsləndirilməsi dayandırılıb. Yalnışlığa görə üzr istəyirik və bu bir daha təkrar olunmayacaq”.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az