Azərbaycanın səfirinə cinayət işi açıldığı iddia olunur

Azərbaycanın səfirinə cinayət işi açıldığı iddia olunur

Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanova Ukrayna prokurorluğu tərəfindən cinayət işinin açıldığı iddia olur. 

Bildirilir ki, buna səbəb səfirin qanunsuz olaraq Krıma səfər etməsi olub.

Lakin səfir özü xəbəri təzib edib. 

Modern.az-a açıqlama verən Qüdsi Osmanovla bildirib ki, heç vaxt Krımda olmayıb: "Heç vaxt Krımda olmamışam. Söhbət Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilən şəkillərdən gedirsə, deyə bilərəm ki, o şəkil bir il bundan öncə Soçidə çəkilib. Bir şeyi anlamıram. Əgər Krıma qanunsuz səfər etmişəmsə, niyə mənə qarşı cinayət işi açılmalıdır?! Belə olan halda adım arzuolunmaz şəxslər siyahısına salına bilər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az