Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir

Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir

Neft Fondunun icraçı direktoru ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti arasında görüş keçirilib

Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Fonddan verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makro-iqtisadi vəziyyətinin sabit və dayanıqlı olduğu vurğulanıb.

Eyni zamanda görüşdə tərəflər arasında Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş iqtisadi strategiya çərçivəsində Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidi və bu sahədə Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb. 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az