Azərbaycanla avtomobil əlaqəsinin bərpası... - Paşinyan

Azərbaycanla avtomobil əlaqəsinin bərpası... - Paşinyan

Noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair razılaşmanın əldə olunması imkanı yaranıb.

Miq.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Və biz artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılığa gəlmişik. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Dəmir yolunun bərpasını 2-3 il ərzində yekunlaşdıracağımıza ümid edirik”, - Paşinyan bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az