Azərbaycanla bağlı ümidverici PROQNOZ

Azərbaycanla bağlı ümidverici PROQNOZ
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,5 faiz səviyyəsində artacağını gözləyir.
Miq.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda agentliyin ölkələr üzrə baş direktoru Pol Qembl Azərbaycan üzrə beşinci illik görüşdə deyib.
Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq Azərbaycan ÜDM-nin artım tempi getdikcə yüksələcək və bir neçə il ərzində 4 faizə çatacaq.
P.Qembl bildirib ki, agentliyin proqnozlarına əsasən, bu il Azərbaycanda inflyasiya 11 faiz təşkil edəcək, lakin 2017-ci ildə 7 faizədək azalacaq.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az