Azərbaycanla Türkiyə arasında hərbi dialoq olacaq

Azərbaycanla Türkiyə arasında hərbi dialoq olacaq

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq olacaq.
 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, 5-ci Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi iclası 17-20 dekabr tarixlərində Ankarada keçiriləcək.

Heç kim zəmanət vermir ki…

«Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradılmasına heç bir ehtiyac yoxdur. Bunu «Vətəninfo.az» saytına açıqlamasında millət vəkili, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda etnik zəmində heç bir problem yoxdur: «Xüsusilə bu təşkilata Eldəniz Quliyevin rəhbərlik etməsi məndə təəccüb doğurdu. Burada separatizm meylləri açıq şəkildə hiss olunmasa da, istər istəməz bu digərləri üçün də örnək ola bilər. Müxtəlif etnik qruplar da bu təşəbbüslə çıxış etmək istəyə bilər. Heç kim də zəmanət vermir ki, bu təşkilatlar birləşib, hansısa formada Azərbaycanın ərazi bütövlüyünə və konstitusion quruluşuna qarşı müəyyən addımlar atmasın. Şəxsən məndə bunun heç bir təminatı yoxdur. Ona görə də hesab edirəm ki, zaman və zəruriyyət baxımından bu, yerində olmayan bir təşəbbüsdür».

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az