Azərbaycanlı deputat İrəvanda bəyanat verdi: “Bütün hərbi əsirləri geri qaytarmışıq”

Azərbaycanlı deputat İrəvanda bəyanat verdi: “Bütün hərbi əsirləri geri qaytarmışıq”

"Bütün hərbi əsirlər, bütün saxlanılan şəxslər müharibə bitdikdən sonra Ermənistana təhvil verilib”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda Avronest Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

"Hazırda mühakiməsi davam edən şəxslər müharibədən sonra tutulublar. Bütün bu tədbirlər beynəlxalq hüquqa uyğun olaraq keçirilir.

Mən daha Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 000 azərbaycanlıdan bəhs etmək istəmirəm. Onlar əsir götürülüb, öldürülüblər. Bu məsələ Avropa İttifaqı ilə də müzakirə edilib”, - deputat vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az