Azərbaycanlı keçmiş deputat avtomobilində partladılaraq öldürülüb

Azərbaycanlı keçmiş deputat avtomobilində partladılaraq öldürülüb
Ukraynanın Luqansk vilayətində azərbaycanlı sabiq deputat öldürülüb. Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, Ukrayna vətəndaşı, 60 yaşlı Əli Gülbaba oğlu Məhərrəmov ötən həftə Krasnıy Luç şəhəri yaxınlığında avtomobilində hərəkətdə olarkən naməlum istiqamətdən qumbaraatanla atəşə tutulub.

Avtomobilin partlaması nəticəsində Ə. Məhərrəmovun meyiti yanaraq tanınmaz hala düşüb.

Uzun müddətdir, Ukraynada yaşayan Ə. Məhərrəmov Krasniy Luç yaxınlığında - yaşadığı kənddə dəfn edilib.

Ə. Məhərrəmov 90-cı illərin əvvəllərində bir çağırış Luqansk Vilayət Şurasının deputatı olub.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az