Azərbaycanlı qanuni oğruya 21 il həbs verildi

Azərbaycanlı qanuni oğruya 21 il həbs verildi
Qanuni oğru Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib.

Miq.az Unikal-a istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.

O, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib.

Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Rəşad İsmayılov qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər BMV-X5 markalı avtomobildə "TT" markalı tapança və "Kalaşnikov" avtomatından güllələniblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az