“Azərbaycanlılar istənilən vaxt...” – Erməni deputatdan şok açıqlama

“Azərbaycanlılar istənilən vaxt...” – Erməni deputatdan şok açıqlama

"Ermənistanın Azərbaycana təslimçilik siyasətinin davam etdiyini görürük”.

Miq.Az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan” partiyasından millət vəkili Mikael Melkumyan deyib.

O, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi zamanı Ermənistanın "torpaq itirdiyini” iddia edib.

Millət vəkili Sünikə (Zəngəzur-red.) səfəri zamanı Gorus-Çakaten yolunda Azərbaycan bayrağını gördüklərini və bu faktın artıq hər kəsə məlum olduğunu bildirib.

Melkumyan bunun əvvəlki razılaşmanın nəticəsi olduğunu deyib:

"Əgər bu, razılaşma yolu ilə həyata keçirilməyibsə, məlum olur ki, azərbaycanlılar Ermənistanın istənilən nöqtəsinə gedə bilərlər. Sadəcə demək istəyirəm ki, təslim olma siyasəti davam edir.

Demək istəyirəm ki, hökumət kapitulyasiyanı davam etdirsə, müxalifət təcili səfərbərlik etməlidir, yəni bütün xalq bu hökumətə müxalifət olmalı və çox sürətli qərar verməlidir.

Nə qədər itirdiyimizi bilmirik, amma indi Ermənistanın ərazisi 29.8 min kvadratmetr deyil. Sovet Ermənistanının ərazilərini itiririk. Heç kim nə qədər olduğunu dəqiq deyə bilməz”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az