Azərbaycanlıların əksəriyyəti Trampa səs verib

Azərbaycanlıların əksəriyyəti Trampa səs verib

ABŞ-dakı prezident seçkilərində azərbaycanlıların 60%-dən çoxu respublikaçı namizəd Domald Trampa səs verib. Virtualaz.org xəbər verir ki, bu barədə "World Wide” saytındakı məlumatlardan aydın olur.

Həmin saytda yaşadığı ölkədən və vətəndaşlığından asılı olmayaraq, istifadəçilər üçün ABŞ prezidentliyi uğrunda "seçkilər” keçirilib. Cəmi 440 min internet istifadəçisi bu servisin xidmətindən yararlanıb.

Donald Trampa ən çox səs verən ölkələr, şübhəsiz ki, Serbiya və Rusiya olub - müvafiq olaraq, 93 və 92 faiz. Maraqlıdır ki, "seçkilər”də iştirak etmiş azərbaycanlıların da 60%-dən çoxu Trampa səs verib. Türkiyə "seçici”lərinin 64 faizi Trampı dəstəkləyib.

Hillari Klinton isə ən çox Hindistanda (78%), Çində (75%) və Sinqapurda (71%) "səs yığıb”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az