“Azercell” “Azerfon”a yenə uduzdu

“Azercell” “Azerfon”a yenə uduzdu

“Azercell-Telekom” MMC ilə bağlı növbəti iriməbləğli məhkəmə prosesi gedir. Femida.az-ın məlumatına görə, şirkətin rəqibi – “Azerfon” MMC “Azercell-Telekom” MMC-ni məhkəməyə verib. Qarşı tərəf “Azercell”ə qarşı borcun və əlavə dəyər vergisinin (ƏDV) tutulması barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. “Azercell-Telekom” MMC-nin nümayəndələri bu qərarla razılaşmayaraq yuxarı instansiya məhkəməsinə müraciət edib. İşə Ali Məhkəmədə baxılacaq.

Femida.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az