Bakı 2015 – Avropa tarixinin yeni şanlı səhifəsi

Bakı 2015 – Avropa tarixinin yeni şanlı səhifəsi

12-28 iyun 2015-ci il Avropa tarixinin yeni səhifəsi oldu. Bu səhifəni yaradan isə, qədim tarixə, mədəniyyətə məxsus olan Azərbaycan oldu. 17 gün davam edən elit idman yarışları Avropa sülhü, dostluğu təbliğ etdi. Bu idman hadisəsinin əsas məqamı isə ondan ibarətdir ki, ilkə imza atan Azərbaycan hər zaman diqqət mərkəzində olacaq. Avropa Olimpiya Komitəsinin qərarına görə bundan sonra keçiriləcək Avropa Oyunlarının məşəli məhz Qədim Bakıda Atəşgahda alovlandırılacaqdır.
Avropa oyunlarının yüksək təşkilatçılığı ilə yanaşı Azərbaycan idmançıları böyük uğurla çıxış etdilər. 21 qızıl, 15 gümüş və 20 bürünc medalla ölkəmiz 2-ci yerdə qəralaşaraq, Avropaya öz yüksək təşkilatçılığı ilə yanaşı, yüksək idman göstəricilərinin olmasını, ölkədə güclü idmançıların yetişməsini sübüt etdi.
Cənab Prezident İlham Əliyevin bu yarışlara göstərdiyi böyük diqqət, qayğı bu yarışların daha yüksək təşkil olunmasına gətirib çıxartdı. 29 iyun 2015-ci ildə Bakı 2015 İlk Avropa Oyunlarının təşkilində və idmançıların mükafatlandırma mərasimində Bakı 2015 ilk Avropa Oyunlarının təşkilat komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva idman leksikonundan istifadə edərək bu Oyunların uğurunu bir cümlə ilə ifadə ettdi: “Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsində Azərbaycan xalqı bir komanda oldu, ölkə başçısı cənab Prezident bu komandanın kapitanı oldu”. Həqiqətən bu oyunlar Azərbaycanda milli birliyin olmasını ortaya qoydu. Oyunların hazırlıq ərəfəsində, idman yarışların keçirilməsi zamanıda Azərbaycana böyük sayda təzyiqlər göstərildi, şər böhtanlar atıldı. Ancaq milli birlik, vətəndaşlıq mövqeyi bütün bu təzyiqləri, yalanları heç etdi.
Beləliklə Bakı 2015 ilk Avropa Oyunları çox uğurla başa çatdı. Bu yarışlar Azərbaycanı dünyaya tanıtdı. Artıq Azərbaycan standartı Avropa düşüncəsində formalaşdı. İdmançılarımızın uğurlu çıxışı, ölkədə sağlam gəcliyin və beləliklə sağlam gələcəyin olduğunu göstərdi. Yaradılmış infrastruktur yenədə Azərbaycan üçün xidmət edəcək.

Bəxtiyar  Nəbiyev

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az