Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Sevinc Qafarlı 2014/2015-ci akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və 100 funt sterlinq məbləğində pul mükafatına layiq görülüb. Bu barədə
Bununla əlaqədar Herriot-Vatt Universiteti tərəfindən BANM-nə təbrik məktubu göndərilib.
Məktubda deyilir:
"Hörmətli Sevinc, Sizi 2014/2015-ci akademik ili üçün nəzərdə tutulan universitet mükafatının qalibi olduğunuz münasibəti ilə təbrik edirik.
Bu 100 funt sterlinq məbləğində pul mükafatı yüksək təhsil göstəricilərinə görə verilir.
Məktuba mükafatı təsdiq edən sertifikat əlavə olunur. Ümid edirik ki, mükafat nailiyyətinizi Sizə daima xatırladacaq. Bir daha Universitet adından Sizi nailiyyətinizə görə təbrik edir və gələcək karyeranızda uğurlar arzu edirik.
Hörmətlə, Karen Makartur, Qeydiyyat əməliyyatları üzrə direktor
Herriot-Vatt Universiteti,
Edinburq, Böyük Britaniya”
Qeyd edək ki, Sevinc Qafarlı 2013/2014-cü təhsil ili üzrə Azərbaycan ali məktəblərinə I ixtisas qrupu üzrə qəbul imtahanında ən yüksək nəticə göstərən (695 bal) iki tələbədən biridir. O, həmçinin prezident təqaüdünə layiq görülüb.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto