Bakı bulvarında əyləncə olacaq

Bakı bulvarında əyləncə olacaq
Bulvar ərazisində açıq havada rəqs məkanı növbəti həftədən fəaliyyətə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Miq.az-a daxil olan məlumata görə, qurumun yeni layihəsi əsasında Bakı bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul 2016-cı il tarixindən etibarən hər həftəsonu fəaliyyətə başlayacaq. Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Qeyd edək ki, bundan əvvəl açıq havada rəqs məkanının iyunun 25-dən etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulurdu. 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən "Formula 1" yarışı ilə əlaqədar rəqslərin keçiriləcəyi ərazidə rekonstruksiya işlərinin yekunlaşmaması səbəbindən tədbir növbəti həftəyə keçirilib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az