Bakı funikulyoru ödənişsiz olacaq

Bakı funikulyoru ödənişsiz olacaq
Bakıda fəaliyyət göstərən funikulyor 4 ildir ödənişsiz fəaliyyət göstərir
 
Bunu Report-a Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib.
Funikulyorun pullu xidmətə nə zaman keçəcəyi məlum deyil.
O xatırladıb ki, funikulyorda yeni sistem quraşdırıldıqdan sonra xidmətdən istifadə pulsuzdur: "Artıq yeni sistemin quraşdırılmasından 4 il ötür. Funiklyorun nə zaman ödənişli xidmətə keçəcəyini bilmirəm. Bu barədə məlumatım yoxdur".
 
Xatırladaq ki, yeni sistem quraşdırılmamışdan əvvəl xidmətin qiyməti 20 qəpik olub.
 
Qeyd edək ki, funikulyorun fəaliyyətə başlamasından 45 il ötür.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az